Qaradağda bədbəxt hadisə: sərnişin avtobusdan yıxıldı, ağır xəsarət aldı

06:00 13-01-2020 398

Qaradağ rayonunda avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə Buta qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. E.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli