Paytaxt yollarında sürət həddi endirildi

09:20 13-01-2020 385

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 

HerGun.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.