ABŞ-dan Pekinə İranla bağlı tələb: “Tamamilə dayandırın!”

12:40 13-01-2020 103

ABŞ Çin hakimiyyətinin İrandan neft tədarükünü tamamilə dayandırmasına nail olmağa çalışır.

“Fox News” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin danışıb.

Onun sözlərinə görə, İran neftinin 70 faizi Çinə daşınır. Tehran isə bu ticarətdən əldə etdiyi vəsaitləri Yaxın Şərqdəki terror qruplaşmalarına maliyyələşməsinə yönəldir.

Nazir, həmçinin, bildirib ki, ABŞ sanksiyaları səbəbindən İranın neft məhsulları satışından qazandığı gəlirlər 95 faiz azalıb. Hazırda isə Vaşinqton və Pekin İrandan Çinə neft tədarükünün tamamilə dayandırılması istiqamətində danışıqlar aparır.

“Bütün əlavə neft əməliyyatlarını dayandırdıqlarından əmin olmaq üçün onlarla sıx əməkdaşlıq edirik”, - Mnuçin bildirib.