Amerikalılar Süleymaninin ölümü məsələsində Trampı dəstəkləmədi

16:20 13-01-2020 392

Amerikalıların çoxu Donald Trampın İrana qarşı siyasəti ilə razılaşmır, general Qasım Süleymaninin ölümündən sonra ölkənin təhlükəsizlik səviyyəsinin azaldığını düşünür.

“ABC News/Ipsos”un keçirdiyi sorğuya əsasən, respondentlərin 56 faizi hazırda İran ətrafındakı vəziyyətlə bağlı Trampın fəaliyyətlərini dəstəkləmir.

Sorğuda iştirak edənlərin 52 faizi general Qasım Süleymanin ölümünün ölkənin təhlükəsizlik səviyyəsini aşağı saldığını, 25 faizi əksini, 22 faizi isə heç bir dəyişiklik olmadığını düşünür.

Repsondentlər, həmçinin, İranla mümkün müharibə ehtimalına da münasibət bildirib. 32 faiz iştirakçı müharibə ehtimalı ilə bağlı “çox” narahat olduğunu qeyd edib, 41 faiz “bir az” narahat olduğunu, 20 faizi “demək olar ki” narahat olmadığını, 7 faiz isə “tamamilə” narahat olmadığını vurğulayıb.