Yapon milyarder Aya onunla birgə uçmaq üçün qız axtarır

01:00 14-01-2020 97

Yapon milyarder Yusaku Maedzava Aya uçuş yol yoldaşı axtardığını elan edib.

“Trud”un məlumatına görə, o, bunun üçün televiziya şousuna müraciət edəcək.

44 yaşlı Maedzava planları haqqında sosial şəbəkədə açıqlama edib. Milyarder etiraf edib ki, təhnahlıq və boşluq hissi ona güc gəlir. Buna görə də, o, qarşısına həyatının sevgisini tapmaq məqsədi qoyub.

Namizəd 20 və ya daha yaşlı tənha qız olmalıdır. Əsas tələb kimi, qızın parlaq şəxsiyyət və müsbət emosiyalı olmasıdır. Bundan başqa, həmin qız kosmik uçuşlarla maraqlanmalı və gələcək həyat yoldaşı ilə Aya uçmağa hazır olmalıdır.