İcazəsiz istifadə edilən kredit kartı qardaşların ölümünə səbəb oldu - FOTO

14:40 14-01-2020 359

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda icazəsiz kredit kartı istifadə edən qardaşlar öldürülüb.

İHA-nın xəbərinə görə, qardaşlar - Veysəl Akpınar və Mustafa Akpınar ölü tapılıb.

Onların cəsədləri ekspertiza üçün morqa aparılıb.

Məlum olub ki, onlar 40 yaşlı Hüseyn Aslan tərəfindən güllələnərək öldürülüblər.

İddiaya görə, qardaşlar H.Aslana aid olan kredit kartını icazəsiz istifadə edib və borclarını ödəməyiblər.

H.Aslanın Ramazan Küçük adlı daha bir nəfəri də öldürdüyü müəyyən edilib.

O, qətlləri törətdikdən sonra cinayət törətdiyi silahla intihar edib.