Neymar rus gözəli ilə gizli eşq macərası yaşadı – FOTO

04:40 15-01-2020 126

“PSJ”nin braziliyalı hücumçusu Neymar rusiyalı model Katerina Safarova ilə gizli sevgilidirlər.

“The Sun” xəbər verir ki, onlar cəmiyyət içində özlərini dost sayağı aparsalar da ətrafdakılar aralarında intim münasibətlərin olduğunu bilir.

Safarova Neymarın Parisdə keçirdiyi ad günündə iştirak edib, eləcə də “PSJ”nin oyunlarını mütəmadi olaraq stadionda izləyir.

21 yaşlı Safarova Nyu-Yorkda model işləyir. Onun “Instagram”da 180 min pərəstişkarı var.