Şəmkir sakini Bakıdakı Şəhidlər xiyabanına kimi piyada yürüşünə başladı - VİDEO

06:00 15-01-2020 497

Bakı-Qazax yolu boyu çiyninə aldğı Azərbaycan bayrağı ilə hərəkət edən şəxs görənlərin diqqətini cəlb edib. Məlum olub ki, Şəmkir rayon sakini 35 yaşlı Səyyar Musayev paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etmək niyyətindədir.  

O, ümumilikdə 8 gün boyunca piyada yol getməklə 20 Yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı arzulayır. Səyyar Musayev artıq yolun bir hissəsini arxada qoyaraq Goranboy rayonuna çatıb.

Baku TV-nin əməkdaşı ilə söhbətləşən Səyyar Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib.

Səyyar Musayev paytaxta piyada getməyinin məqsədini Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək olduğunu deyir. Onu yolda görənlər isə çay və yemək təklif etməklə yanaşı, onunla şəkil də çəkdirlər.

Yorulmadan yoluna davam edən Səyyar Musayev yanvarın 20-i səhər saatlarında Şəhidlər Xiyabanına çatmağı planlaşdırır.