Britaniyanın baş naziri Şotlandiyanın referendum tələbini rədd etdi

08:00 15-01-2020 363

Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini rədd edir. 

“Avropa həqiqəti” xəbər verir ki, bu barədə Boris Consonun Şotlandiyanın baş naziri Nikola Störcenə ünvanladığı məktubda deyilir. 

Consonun sözlərinə görə, Störcen və şotlandiyalılar referendumun “nəsildə bir dəfə” keçiriləcəyinə söz veriblər.

2014-cü ildə Şotlandiyada keçirilmiş müstəqilliklə bağlı ilk referendumda əhalinin 55 faizi Britaniyanın tərkibində qalmağı üstün tutub.