Rusiya limanında İran tankeri yanır

10:40 15-01-2020 93

Mahaçqala limanında İran tankeri yanır.

Bu barədə “İnterfaks” Dağıstanın Fövqəladə Hallar İdarəsindəki mənbələrə istinadla məlumat verib.

İlkin məlumatlara görə, qurbanlar və zərərçəkənlər yoxdur. Hadisə yerində RF FHN mütəxəssisləri işləyir.

TASS öz növbəsində bəyan edib ki, yanğın tankerdə yox, yük gəmisində baş verib. Agentliyin məlumatına görə, yanğın kapitanın kayutunda başlayıb və yayılma təhlükəsi yoxdur.