Nəhənglərin müharibəsinə son qoyan razılaşma imzalandı - FOTO

23:00 15-01-2020 347

Ağ Evdə tarixi gün yaşanıb. Qlobal bazarlar gözünü Çin və ABŞ arasında imzalanacaq ticarət razılaşmasına dikib. Dünyanın ən böyük iqtisadi nəhənglərindən olan ABŞ və Çi, iki ay davam edən danışıqlardan sonra “Ticarət müharibəsi”ni sona çatdırmaq üçün ilk razılaşmanı imzalayıblar.

“Ticarət müharibəsi”nə aparan 18 aylıq çətin bir prosesi sona çatdıran 86 səhifəlik ilk fazalı anlaşmanı ABŞ dövlət başçısı Donald Tramp və Çin Baş nazirinin müavini Liu He Ağ Evdə təşkil edilən mərasimdə imzalayıblar.

ABŞ və Çin arasındakı ticarət müharibəsi, ABŞ Prezidenti Donald Tramp tərəfindən 2018-ci ilin Mart ayında Çindən gətirilən bəzi məhsullara edilən əlavə tariflərlə başlamışdı.

Ticarət müharibəsi, soya istehsalından tutmuş avtomobil hissələrinə qədər, texnoloji şirkətlərdən Çinin "Made in China 2025" texnoloji lokalizasiya proqramına və əsas texnologiyaların istehsalında vacib rol oynayan nadir elementlərin istifadəsinə qədər genişlənmişdi.