ABŞ ordusunda ilk: hicablı qadın xidmət aparacaq

00:00 16-01-2020 337

ABŞ tarixində ilk dəfə olaraq bu ölkənin Hərbi Hava Qüvvələrinin sıralarında ruhani qadın xidmətə başlayıb.

Leytenant Saliha Cəbin ABŞ ordusunda xidmət edəcək ilk müsəlman ruhani qadın kimi müqaviləyə imza atıb.

“İslamnews” xəbər verir ki, orduda xidmət edən qardaşına bənzəmək istəyən gənc müsəlman qadın hərbi hospitalların birində işə düzəlib. Daha sonra dini təhsilə də yiyələnən qadın orduda təbliğatçı olmaq qərarına gəlib.