Evdə baş verən yanğın nəticəsində 2 uşaq həyatını itirdi

06:40 16-01-2020 373

Rusiyanın İrkutsk vilayətində evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq həyatını itirib.

TASS xəbər verir ki, daha bir uşaq müxtəlif dərəcəli yanıqlarla yerli xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı uşaqların atası işdə olub, anaları isə mağazaya yollanaraq onları evdə tək qoyub.

Evin dəhlizində yerləşən piysuzun partlaması nəticəsində yanğın baş verib.

2012-ci il təvəllüdlü oğlan 2016 və 2017-ci il doğumlu qardaş və bacısını xilas etməyə çalışsada buna nail ola bilməyib. Uşaq evi tərk edərək qonşularının qapısını döyüb və kömək istəyib.

Onlar isə öz növbələrində yanğınsöndürənləri çağırıb.