Məşhur aktyor koronavirusa qarşı peyvənd hazırlayana milyon yuan bağışlayacaq

08:00 09-02-2020 23

Çin və Amerika aktyoru Ceki Çan koronavirusa qarşı peyvəndi yaradan insana milyon yuan (143 min dollar) bağışlayacağını vəd edib. 

Bu barədə “New Straits Times Online” məlumat verir.

Aktyor bu yolla dərmanın daha tez hazırlanacağına ümid etdiyini bildirib. 

O, həmçinin qeyd edib ki, Çin üçün qoruyucu paltar və tibbi maskaların istehsalına da pul ayırır.

“Mən çiçəklənmək əvəzinə boşalan küçələri görmək istəmirəm. Həyatdan zövq almaq yerinə kədərlənən insanları görmək istəmirəm”, - deyə aktyor bildirib.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmaniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. Yoluxma halları Çindən başqa artıq 20-dən çox ölkədə də qeydə alınıb.