Evi yandırmaq istədi, mane olan atasını ürəyindən bıçaqlayıb öldürdü

09:40 09-02-2020 349

Türkiyənin İzmir şəhərində oğul atasını ürəyindən bıçaqlayaraq öldürüb.

“HaberGlobal”ın məlumatına görə, sərxoş oğul əvvəlcə yaşadıqları evi yandırmaq istəyib.

Ata 58 yaşlı Ali Albayrak oğul A.A-ya mane olmaq istəyib. Lakin sərxoş oğul atasının ürək nahiyəsinə zərbə endirib, araya girən qardaşını da əlindən yaralayıb.

Hadisə yerinə polis və təcili tibb yardım çağırılıb. Xəstəxanaya çatdırılan Ali Albayrakın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.