Səs verənlərin sayı milyon keçdi - CANLI

12:40 09-02-2020 23

Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, ölkə üzrə 1 milyon 457 min 776 nəfər səs verib.

“Bu isə ümumi seçicilərin 27.35 faizini təşkil edir”, - deyə o bildirib.  

Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycanda 5 milyon 329 min 460 nəfər seçici var.

Aqşin Kərimov