Avtomobil buzun içərisində qaldı - FOTO

14:40 09-02-2020 427

Türkiyənin Adana şəhərinin Tufanbəyli rayonunda avtomobil buzun içərisində qalıb.

“HaberGlobal”ın məlumatına görə, sürücü avtomobili yol kənarında su yığılan əraziyə sürüb. Havanın tempraturunun -18 dərəcəyə enməsi nəticəsində su buz bağlayıb.

Xoşbəxtlikdən bu zaman çətinliklə də olsa, sürücü özü avtomobildən çıxmağa müvəffəq olub. Lakin avtomobili buzun içərisindən çıxara bilməyiblər.

Soyuq havanın üç gün davam edəcəyi bildirilib.