Ana və üç azyaşlı övladı yanğında həlak oldu - FOTO

18:20 09-02-2020 444

Türkiyənin Mardin vilayətində yaşayış evində yanğın baş verib.

“Demirören Haber Ajansı”nın (DHA) verdiyi xəbərə görə, hadisə Mazıdağı rayonunda baş verib.

Yanğın nəticəsində evdə olan 34 yaşlı Nisan Tur və qızları 1 yaşlı Miray, 5 yaşlı Lorin, 7 yaşlı Ecrin həlak olublar. Onların cəsədləri ekspertiza üçün Mardin Dövlət Xəstəxanasına aparılıb.

Ana və üç uşağının yanğın zamanı ifraz olunan karbonmonoksit qazından zəhərlənib öldükləri məlum olub.

Faktla bağlı araşdırma başlayıb.