Bu seçki dairəsi liderdir

18:40 09-02-2020 448

Milli Məclisə seçkilərlə əlaqədar saat 17:00-a olan məlumatlara əsasən, Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr bəlli olub.

Bu barədə HerGun.Az Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun açıqladığı rəqəmlərə istinadən xəbər verir.

Seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 70,5 faiz (46 min 225 seçicidən 27254 nəfər) olub.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 28 saylı Sabunçu üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,9% (30 min 534 seçicidən 13771 nəfər) olub.

Aqşin Kərimov