ABŞ-ın “AJf&Associates Inc” şirkəti “exit-poll”un nəticələrini açıqladı

20:20 09-02-2020 22

ABŞ-ın “AJf&Associates Inc” şirkəti apardıqları “exit-poll”un nəticələrini açıqlayıb.

HerGun.Az-ın məlumatına görə, şirkətin vitse-prezidenti Corc Birnbaum bildirib ki, onların təşkilatı tərəfindən 1053 seçki məntəqəsi üzrə sorğu aparılıb:

“2106 nəfərdən sorğu apardıq və 47 sahə üzrə nəzarətçiyə sorğu nəticələri artıq təqdim edilib. Həmin adını çəkdiyim nəticələr səhər 11:00, günorta 14:00-da və 17:00-da Nyu-Yorkda yerləşən ofisimizə örtülüb. Ümumilikdə gün ərzində 76 min müsahibə aparılıb. Hər seçki dairəsi üzrə xəta həddi 3,6 faiz-3,9 faiz civarında götürülüb”.

İlhamə Əbülfət