Bakıda güclü külək dam örtüyünü qopardı: Yaralı var

23:40 09-02-2020 362

Bakının Xəzər rayonunun sakini xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Bəylərov Nadir Sabir oğlu küçədə hərəkətdə olan zaman dam örtüyünün bir hissəsi qoparaq onun ayağına dəyib.

Xəsarət alan N.Bəylərov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.