Rəsmi Ankaradan Azərbaycandakı seçkilərlə bağlı AÇIQLAMA

00:20 10-02-2020 551

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar keçirilən səsvermə barədə bəyanat yayıb.

HerGun.Az-ın məlumatına görə, Türkiyə XİN qeyd edib ki, seçkilərin Azərbaycana xeyirli olmasını arzulayır.

“Seçkilərdə əldə edilən qələbə səbəbi ilə Prezident İlham Əliyevi və onun lideri olduğu Yeni Azərbaycan Partiyasını təbrik edirik”, - deyə qeyd olunub.

Türkiyə XİN Azərbaycanda dairələrin seçkilərin demokratik və şəffaflıq şəraitində keçirilməsi üçün göstərdikləri cəhdləri, xalqın seçki prosesində nümayiş etdirdiyi fəallığı yüksək qiymətləndirdiyini bildirib.

Aqşin Kərimov