Moskvada milli zəmində münaqişə: Əvvəl atəş açdılar, sonra bıçaqladılar - VİDEO

01:40 10-02-2020 488

Moskvada bir qrup şəxs iki gəncin olduğu avtomobili əvvəlcə odlu silahdan atəşə tutub, sonra isə onları avtomobildən çıxararaq döyüblər. Bununla da kifayətlənməyib, gəncləri bıçaqlayıblar.

Life.ru-nun məlumatına görə, bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Şahidlər hadisənin milli mənsubiyyət zəminində baş verdiyini bildiriblər. Hücum olunan şəxslər Tacikistan vətəndaşları olub.

Zərərçəkənlər çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Hücum edənlər hadisə yerindən qaçıb.

Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb.