Məzahir Pənahov namizədlərin sosial şəbəkələrdəki təşviqatından danışdı: “Xüsusi fəallığa səbəb oldu” - VİDEO

03:00 10-02-2020 578

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının “Qaynar xətt”inə 261 müraciət daxil olub.

HerGun.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, müraciətlərə baxılacaq və araşdırılacaq: “Mən xoşagəlməz halların baş verməsini hiss edib, MSK-ya müraciət edənlərə minnətdarlığımı bildirirəm”.

O həmçinin deyib ki, MSK namizədlərin sosial şəbəkələrdə təşviqat aparmasının nəzarətdə olmaması qərarına gəlib.

M.Pənahov bildirib ki, beynəlxalq təşkilatlar da bunu xüsusi vurğulayıblar. “Sosial şəbəkələrdə fəallıq seçkilərdə də xüsusi fəallığa səbəb olub. Bu praktika gələcəkdə də istifadə edilməlidir”.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Səsvermə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Xatırladaq ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

Aqşin Kərimov