Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 871-ə çatdı

03:40 10-02-2020 382

Yeni növ koronavirus Çinin Hubey əyalətində artıq 871 nəfərin həyatına son qoyub.

“RİA Novosti” xəbər verir ki, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb.

Ümumi olaraq 1 795 insan virusdan sağalıb.

Qeyd etmək lazımdır ki, ötən gün ərzində əyalətdə 2 618 nəfər koronavirusa yoluxub.