Şikayət daxil olan dairələrin adları açıqlandı – RƏSMİ

04:00 10-02-2020 428

“Gün ərzində bizə bəzi dairələrdə ciddi pozuntularla bağlı müraciətlər daxil olub”.

HerGun.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 33 saylı Xətai birinci seçki dairəsindən, 35 saylı Xətai üçüncü seçki dairəsindən, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrindən bizə ciddi iradlar daxil olub.

“Günü sabahdan çox ciddi addımlar atacağıq”,-deyə M.Pənahov əlavə edib.

Aqşin Kərimov