Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

23:00 10-02-2020 24

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

HerGun.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyana qalib gələrək finala çıxıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edib.

S.Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.