Film səhnələrini xatırladan oğurluq hadisəsi - VİDEO

01:40 11-02-2020 737

Türkiyənin İstanbul şəhərində film səhnələrini xatırladan qarət hadisəsi baş verib.

Hadisənin görüntülərini “HaberGlobal” paylaşıb.

Bildirilir ki, hadisə Ümraniyə bölgəsində yaşanıb. Bir neçə oğru, bankdan külli miqdarda  pul çəkən kişini izləyib, fürsət tapan kimi isə onun pullarını zorla alaraq, sürətlə avtomobillərinə tərəf gediblər. 400.000 TL (114.320 AZN) pulu qarət olunan kişi və mühafizəçilər isə oğruların dalınca düşüb.

Ən maraqlısı da bundan sonra yaşanıb. Belə ki, işıqforun qırmızı işığında dayanan maşınlar qarətçilərin qaçışına mane olanda, cinayətkarlar qeyri-adi yola əl atıblar: avtomobildən düşərək yolda gözləyən digər maşınların sürücüləri ilə danışıb və nəqliyyat vasitələrini yolun kənarına çəkmələrinə nail olublar. Sonra isə onlar yenidən öz avtomobillərinə minərək hadisə yerindən uzaqlaşıblar.

Mühafizəçilər və zərərçəkən oğruları saxlaya bilməyib.

Bütün bu baş verənlər müşahidə kamerası tərəfindən qeydə alınıb.