Maduro ABŞ və Kolumbiyanı terror törətməkdə ittiham etdi

04:00 11-02-2020 23

Venesuelanın prezidenti Nikolas Maduro ölkənin şimalında yerləşən “Cantv” və “Movilnet” telekommunikasiya şirkətlərinin avadanlıq ambarına həyata keçirilmiş hücumda ABŞ və Kolumbiyanı günahlandırıb.

“RİA Novosti” xəbər verir ki, Maduro qeyd edib ki, hökümət zərər çəkən şirkətlərə təzminat ödəyəcək.

“Bu cinayətin arxasında ABŞ prezidenti Donald Tramp və Kolumbiya prezidenti İvan Duke tərəfindən idarə olunan sağçı qüvvələr və vətən xaini Xuan Quaido durur”, - deyə N.Maduro vurğulayıb.