Moskvanın mərkəzində baş verən partlayış sakinləri təşvişə saldı - VİDEO

11:40 11-02-2020 25

Rusiyanın paytaxtı Moskvada transformatorun partlaması sakinlərdə arasında təşvişə səbəb olub.

“Haber7” məlumat verir ki, partlayış nəticəsində ətrafda binalara ciddi ziyan dəyib, mənzillərin şüşələri qırılıb.

Yaxınlıqda yerləşən 125 mənzilin işığı və suyu kəsilib. Vətəndaşlara dəyən maddi ziyanın dəyəri hesablanır.

Rəsmilər partlayışın səbəblərini araşdırır.