Rəqib formasını geyinən azyaşlı azarkeş tribunalardan qovuldu - VİDEO

12:00 11-02-2020 21

İspaniya çempionatının 23-cü turunda keçirilən “Betis”- “Barselona” (2:3) oyununa rəqib formasında gələn azyaşlı tribunalardan uzaqlaşdırılıb.

Vesti.ru xəbər verir ki, azyaşlının əynində “Betis”in əzəli rəqibi “Sevilya” klubunun forması olub.

Qarşılaşmanın ilk dəqiqələrində “Betis”li fanatlar balaca azarkeşdən formanın görünməməsi üçün üzərindən köynək geyinməyi xahiş ediblər. Lakin oyunun gedişində azarkeşləri bu vəziyyət də qane etməyib və azyaşlı azarkeş tribunalardan qovulub.