Mingəçevirdə ağır qəza: “Mercedes” TIR-a çırpıldı - VİDEO

21:40 11-02-2020 443

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə şəhərin Aran qəsəbəsində qeydə alınıb.  

Qəza zamanı “Mercedes” markalı minik avtomobili TIR ilə toqquşub.  

Hadisə nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb.  

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.  

Samir İsayev