Tanınmış aparıcı uşaq vaxtı yaşadığı zorakılıqdan danışdı - FOTO

02:20 12-02-2020 37

Britaniyalı televiziya aparıcısı Çarli Uebster ögey atasının mütəmadi olaraq anası ilə onu döydüyünü etiraf edib.

Bu barədə “The Sun” xəbər yayıb.

Qəddar qohumu səbəbindən o, yetkinlik dövründə duyğularını ifadə etməkdə və ünsiyyət qurmaqda  problemlər yaşayıb.

37 yaşlı Uebster bildirib ki, uşaqlıq və yeniyetməlik dövründə hər gün ancaq sağ qalmağı düşünüb: “Beş il əvvəl bu barədə danışa bilməzdim, çünki hələ də müəyyən dərəcədə bu insanın təsirindəyəm”.

Problemlər Uebsterin yeddi yaşı olanda başlayıb. Onun sözlərinə görə, kişi mütəmadi olaraq  ona qarşı zorakılıq tətbiq edib. Qızın anası da əri tərəfindən tez-tez döyülüb. Qadın zalım ərini tərk etmək istəyəndə isə kişi onu öldürməklə hədələyib.

“Belə qəbul olunub ki, ev – təhlükəsiz, xoş bir məkandır. Mən isə məktəbdən evə qayıdan kimi, əlavə səs olmaması üçün ayağımı hara qoyacağımı düşünürdüm”, - deyə aparıcı xatırlayır.

Onun sözlərinə görə, ailədə belə həyat münasibətlərdə problemlərə gətirib. Jurnalist öz davranışlarını zombinin hərəkətləri ilə müqayisə edib: “Emosiyalarım yox idi və xarici aləmdən təcrid olunmuşdum”.

Uebster bildirib ki, məktəbdə təkcə bir müəllim ona bu vəziyyətdə  kömək etməyə çalışıb.

Jurnalistin anası ancaq bir neçə il öncə ərini tərk edə bilib – qızı onun həyatı üçün təhlükəsiz yer tarpmağa kömək edib.

Qeyd edək ki, Uebster idman jurnalistidir. İngiltərədə o, BBC, “Channel 4”, ITV və “Sky Sports” kanallarında işləyib. O, həmçinin “Good Morning Britain” səhər şousunda idman xəbərlərinin müzakirəsi üçün mütəmadi çıxış edir. Karyerası dövründə o, həmçinin İspaniyada “Real” futbol klubunun  telekanalında aparıcı olub.