İtaliyada Ronaldunun nəhəng heykəlini düzəltdilər – FOTO

05:00 12-02-2020 23

İtaliyalı azarkeşlər “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldunun 20 metr hündürlüyündə heykəlini yaradıblar.

“BR Football” xəbər verir ki, papye-maşedən düzəldilən heykələ “Büt” adı veriblər.

Qeyd etmək lazımdır ki, bu heykəl İtaliyada keçiriləcək karnavalda istifadə ediləcək.

Qeyd etmək lazımdır ki, bu portuqaliyalının ilk heykəli deyil.

2017-ci ildə Ronaldunun doğulduğu Madeyra adasında futbolçunun büstü qoyulub.