Kolumbiyada təyyarə qəzası nəticəsində dörd nəfər həlak olub – VİDEO

04:40 13-02-2020 559

Kolumbiyada Quyamaral hava limanı yaxınlığında “Piper Navajo HK-4686G” markalı ikimühərrikli təyyarə qəzaya uğrayıb.

“TASS” xəbər verir ki, qəza nəticəsində dörd nəfər həyatını itirib.

Məlumata əsasən, hava taksisi qismində fəaliyyət göstərən təyyarə Vilyaqarson şəhərinə uçurmuş.

Hadisə yerinə xilasedicilər cəlb edilib, qəzanın təfərrüatları araşdırılır.