Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

18:00 13-02-2020 366

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadənin nəticələri ləğv olunub. 

Azxəbər.com-un əməkdaşı nəticələrin ləğvi ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

Keçmiş deputat bunları deyib: 

“İndi açıqlama vermək vaxtıdır? Bir imkan verin görək, prosesdə nə gedir. Qoyun görək, nə olur”.

Qeyd edək ki, MSK sözügedən dairə ilə bağlı deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətlərini nəzərə alaraq, Çingiz Qənizadənin nəticələrini ləğv edib.