Sürət qatarını tüstü bürüdü, sərnişinlər təxliyyə edildi - VİDEO

15:20 14-02-2020 16

Gürcüstanda Zuqdidi – Tbilisi xətti üzrə hərəkət edən sərnişin qatarında güclü tüstülənmə baş verib.

“Sputnik” agentliyi “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinə istinadən məlumat verir ki, yanğın Abaşa stansiyasında baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Sərnişinlər qatardan təxliyyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.