İmişlidə yol qəzası baş verib, ölən və yaralananlar var

22:00 14-02-2020 388

İmişli rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün saat 20:00 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı avtomobil heyvanı vurub. Maşında olan şəxslərdən biri ölüb, xəsarət alanlar var.