Kosmosda ən uzun müddət qalan qadının evə dönüşü - VİDEO

00:40 15-02-2020 583

Astronavt Kristina Koç kosmosda 328 gün qalaraq rekorda imza atıb. O, fevralın 6-da Yer kürəsinə geri qayıdıb.

41 yaşlı amerikalı qadın kosmosda 328 gün keçirib.

Beləliklə, o, kosmosda ən çox qalan qadın kosmonavt kimi tarixə düşüb.

Xatırladaq ki, Koç kosmosda xidmətdə olduğu zaman 223 milyon kilometr məsafə qət edib. Bu Yer kürəsi ilə Ay arasında 291 dəfə gedib-gəlməyə bərabərdir.

Kosmosda ən uzunmüddətli rekord isə 437 günlə rus kosmonavt Valeri Polyakova aiddir.

Kristinanın evinə qayıdarkən sevimli iti tərəfindən qarşılanması dünya mətbuatında maraq doğuran görüntülərdən birinə çevrilib.

Həmin videonu sizə təqdim edirik.