Müdir müavini olduğunu deyən şəxs dördüncü sinif şagirdini zorladı

01:20 15-02-2020 326

Türkiyədə dördüncü sinif şagirdi olan suriyalı S.H. məktəbdə sinif yoldaşlarına müdir müavini tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Hadisə İstanbul şəhərinin Esenyurt rayonunda baş verib.

Bu barədə “HaberGlobal” xəbər yayıb. 

Məsələdən xəbər tutan uşağın anası R.D. Esenyurt Uşaq Cinayət şöbəsinə gedərək şikayət edib. 12 yaşlı qızın ifadələri ilə təcavüz hadisəsinin təfərrüatları məlum olub. 

Uşağın sözlərinə görə, səhər saat 5-də dərsə girməzdən əvvəl məktəbin giriş qapısında olub:

“İsmayıl müəllim məni gördü və yanına çağırdı. Mənə “gəl, mən sənə kitab verəcəyəm. Bütün suriyalılara veriləcək, ancaq mən ilk sənə verəcəyəm”, - dedi. Mən bir az qorxdum. Birlikdə aşağı mərtəbəyə düşdük. Getdiyimiz yer çox az işıqlı idi, kitablar və tikinti materialları var idi. Anbara oxşayırdı. İsmayıl müəllimin soyadını bilmirəm, ancaq müdir müavini olduğunu bilirəm. Xadimə bizi orada gördü. Sonra o, getdi. Müəllim onun getdiyinə əmin oldu. Depoya girdikdən sonra qapını bağladı, məndən “kitab istəyirsən?” deyə soruşdu. Mən “yox, istəmirəm”, - dedim...”

Suriyanın paytaxtı Dəməşqin Dərayya rayonundan uşaqları ilə köçən və ərindən ayrı yaşayan ananın sözlərinə görə, İsmayıl S. qızı ailəsi ilə bağlı sorğu-suala tutub, atasının evdə olmadığını biləndə isə təcavüz edib. 

Suriyalı uşaq cinsi təcavüzdən sonra baş verənləri belə danışıb:

“Otaqda 10 dəqiqəyə qədər qaldıq. Sonra zorla 5 lira (1.40 AZN) verdi. Mən də çölə çıxandan sonra pulu zibilə atdım. Mən bunu N. müəlliməyə danışmaq istədim, ancaq o, “indi vaxtım yoxdur, sonra danışarsan” dedi. Sinifdə çox ağladım. Anam məni xüsusi həkimə apardı”.

Suriyalı R.D.-nin müdir müavini olaraq tanıtdığı İsmayıl S.-in özünü bəzi uşaqlara belə tanıtdığı, əslində isə müqavilə ilə işləyən məmur olduğu bildirilib.

Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb.