Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi

14:40 15-02-2020 24

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan şikayətlərə baxılıb. 

HerGun.Az-ın məlumatına görə, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib. 

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Aqşin Kərimov