Türkiyə Suriyanın iki hərbi təyyarəsini vurdu - VİDEO

17:00 01-03-2020 460

Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarə vurulub.

Bu barədə “Haber Global” məlumat yayıb. 

Məlumatda deyilir ki, hərbi təyyarələr Türkiyə ordusu tərəfindən məhv edilib.

Qeyd edək ki, Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başladığını elan edib.