“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri saxlanılıb

18:40 01-03-2020 318

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb. 

APA-nın Türkiyə bürosunun məlumatına görə, M. Boztepe barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb. 

Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb. 

“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.