Koronavirus Luvr muzeyini də “vurdu”: “Narahatlıq üçün üzr istəyirik”

20:00 01-03-2020 314

Luvr muzeyi bu gün qapılarını izləyiciləri üçün qapadıb.  

Bu barədə muzeyin mətbuat xidmətin bildirilib. 

Qeyd edilib ki, koronavirus səbəbindən profilaktik tədbirlər səbəbindən ziyarətçilərin muzeyə girişinə icazə verilmir. 

Ziyarətçilərdən narahatlıq üçün üzr istəyən muzey rəsmiləri qapıların nə vaxt açılacağı ilə bağlı bir məlumat verməyiblər. 

Xatırladaq ki, Avropada İtaliyadan sonra koronavirusa ən çox yoluxma halının qeydə alındığı ölkə olan Fransada xəstə insanların sayı 100-ü keçib. Artıq bu virus səbəbindən iki nəfər dünyasını dəyişib.