2020-ci il Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər

11:00 02-03-2020 397

2020-ci il Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər.

Bu barədə “Daily Mail” məlumat yayıb.

2020-ci il Yay Olimpiya Oyunlarının azarkeşsiz keçirilməsinə səbəb koronavirus epidemiyasının yayılması ola bilər. Sözügedən qərar qəbul ediləcəyi halda Beynəlxalq Olimpiya Komitəsinin yayım şirkətləri ilə bağlanılan çoxmilyonluq müqavilələrini itirməməsi üçün oyunlar yalnız televiziya vasitəsilə yayımlanacaq.

Xatırladaq ki, 2020-ci il Yay Olimpiya Oyunları 24 iyul-9 avqust tarixlərində Tokioda keçiriləcək.