Nazirlikdən məktəbdə “Pepsi” şüşəsindəki maddə ilə dezinfeksiya aparılması barədə RƏSMİ AÇIQLAMA - FOTO

13:00 02-03-2020 408

Göyçay rayon 7 nömrəli məktəbdə aparılan dezinfeksiya işlərinin görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

HerGun.Az-ın məlumatına görə, qadın “Pepsi” şüşəsindəki içində nə olduğu bəlli olmayan maddə ilə sinif otağının qapısını dezinfeksiya edib.

Təhsil Nazirliyi tərəfindən sözügedən məktəbdə dezinfeksiya işləri aparılan zaman çəkildiyi qeyd olunan fotoya aydınlıq gətirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır:

“Dezinfeksiya işləri müvafiq qurumlar tərəfindən aparılır. Güman etmək olar ki, bu, həmin məktəbdə təmizlik işləri aparan işçinin şəxsi istəyilə olub”.

İlhamə Əbülfət