Ermənistanın sabiq müdafiə naziri iki milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

21:20 02-03-2020 318

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan iki milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Bu barədə TASS məlumat yayıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçib. 

Seyran Ohanyan 2010-cu ildə Ermənistan “Dzora Su Elektrik Stansiyası” QSC özəlləşdirilərkən saxtakarlığa yol verməkdə ittiham olunur.

Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə nazir olub.