Mingəçevirdə yataqxana binası uçub? - RƏSMİ

17:00 03-03-2020 328

Mingəçevirdə beşmərtəbəli yataqxana binasının tavanı uçub.

Bu barədə HerGun.Az-a Mingəçevir şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Yataqxana binasının uçması, xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisə şəhərin Heydər Əliyev prospekti, 821 ünvanında yerləşən beşmərtəbəli yataqxanada baş verib. Yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yaranan problemin aradan qaldırılması üçün ərazidə təmir işlərinə başlanılıb”.

Könül Cəfərli