Sumqayıtda yaşayış binasında partlayış olub, xəsarət alanlar var

23:20 04-03-2020 355

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda ev 71 mənzil 33 ünvanında partlayış olub.  

APA-nın yerli bürosunun məlumatına görə, partlayış qaz sızması nəticəsində baş verib.  

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.