“SOCAR Media” “Xəzər” TV-nin payını alıb

18:20 05-03-2020 320

“Xəzər TV” MMC-nin səhmləri “SOCAR Media” qrupunun balansına keçib.

HerGun.Az-ın məluamtına görə, bu barədə sənəd bu gün imzalanıb.

“Xəzər TV” nin baş direktoru Murad Dadaşov təyin edilib. 

O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib.

“SOCAR Media” İctimai Birliyi SOCAR-ın təsisçiliyi ilə yaradılıb.

İlhamə Əbülfət